Cari il sentyabr ayının 10-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Şredinger” (kvant fizikası baxımından) və “Sınıq pəncərə” nəzəriyyələrinin işığında vəkillik fəaliyyətinə baxış” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun və Akademiyanın rektoru Əmir Əliyevin adından salamlayıb və onlara uğurlar arzulayıb.
Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov vəkillik peşəsinə fəlsəfi-sosioloji nəzəriyyələr işığında baxışı nəzərdə tutmaqla, bu istiqamətdə müxtəlif hüquqi baxışlar barədə məruzələrlə çıxış edib.
Həmçinin təlimçi mövzu ilə bağlı öz təcrübi biliklərini iştirakçılarla bölüşərək müvafiq sahədə geniş təhlillər aparıb.
Sonda mövzu üzrə vəkilləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub da daxil olmaqla, Kollegiyanın ümumilikdə 54 üzvü iştirak edib.