ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Putinin Bakıya gecə səfəri… - Badalyan

Putinin Bakıya gecə səfəri… - Badalyan

Putinin Bakıya gecə səfəri, Əliyevin qonaqpərvərlik göstərməsi, şübhəsiz ki, yaxınlığı vurğulayan haldır.

İnsanhuquqları Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan yazıb.

O bildirib ki, liderlərin başqa bir ölkədə gecələməsi siyasi sferada mühüm önəm daşıyır:

“Maraqlıdır, bu ideyanın (gecə səfərinin – red.) müəllifi Rusiya tərəfidir, yoxsa Azərbaycan? Bu, sadəcə, bir mərasim detalı deyil, dövlət başçılarının səfərləri zamanı buna xüsusi əhəmiyyət verilir, çünki özündə siyasi mesajları ehtiva edir.

Yaddaşım məni yanıltmırsa, 2005-ci ilin martında Putin Bakıya səfər etdi, oradan İrəvana gəlməli idi. Mətbuatda belə bir fikir yazılmışdı: İrəvan elə işləyib ki, Putin Azərbaycanda deyil, Ermənistanda gecələsin. Putin İrəvana az qala gecə yarısı gəlmişdi”.

A.Badalyan qeyd edib ki, bu kiçik, lakin əhəmiyyətli detal cari səfərin (Putinin Azərbaycana gəlməsinin – red.) böyük gündəliyinin bir parçasıdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR