insan hüquqları İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?” materialında “millətin vəkilləri” Anar İsgəndərov və Rasim Musabəyov təklif ediblər ki, Başkəndin heç bir “strateji əhəmiyyəti” yoxdur və gələcəkdə bu ərazi “mübadilə üçün” müzakirə mövzusu ola bilər. Rasim Musabəyovu başa düşmək olar, adam avtomatlaşdırma fakültəsin bitirib, sonradan necə politoloq olub, bəllidir. Həm də o Qəzənfər Musabəyovun nəvəsidir. Azərbaycan Cümhuriyyətinə düşmən kəsilən Qəzənfər Musabəyovun sayəsində Qərbi Azərbaycanda ermənilərin sayı azərbaycanlılara nisbətdə artıb və 1936-cı ildə ermənilərin sayı 55%, azərbaycanlıların sayı 45% olub. Sonradan isə deportasiyalar başlanıb. Yəni düşmənə torpaq vermək onda gendən gəlir.