ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Cinayət mühakimə icraatında mülki iddia

Cinayət mühakimə icraatında mülki iddia
Mülki iddia cinayət törədilməsi zamanı zərərçəkmiş tərəfə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qərarın məhkəmə hökmündə yer alması məqsədilə verilir. Cinayət-Prosessual Məcəlləsinin (CPM) 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Hətta, törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.

Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər edə bilər.

Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir.

Mülki iddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

Pozulmuş mülki hüquqların mülki mühakimə icraatında bərpa edilməsi öz aktuallığını saxlamaqla yanaşı, cinayət, cinayət-prosessual və cəza-icra hüquq sahəsində əhəmiyyətli rola malikdir. Cinayət prosesində mülki iddia özlüyündə cinayət qanunvericiliyi ilə mülki qanunvericiliyin əlaqəli şəkildə tətbiqini nəzərdə tutmaqla, cinayət prosesində mülki iddianın verilməsi və müdafiə edilməsi ilə qanunvericiliyin müxtəlif sahələrinin bir-biri ilə sıx əlaqəli olmasını göstərir.

Həm qüvvədə olan qanunvericiliyə, həm də özünü doğrultmuş təcrübəyə görə cinayət mühakimə icraatında mülki iddia institutu cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi mexanizmini təmin edən və kifayət qədər səmərəli bir hüquq institutu kimi çıxış edir. Doğrudur, ilk baxışdan belə görünə bilər ki, mülki mühakimə icraatının zərərin ödənilməsi ilə əlaqədar olan qayda və prinsiplərini mexaniki olaraq cinayət prosesinə tətbiq etmək olmaz, çünki bu hüquq sahələrinin hər biri predmetinə və hüquqi tənzimetmə metoduna görə digərindən fərqlənir və müstəqil sahəvi qayda və prinsiplərə malikdir. Lakin bu zaman iki hüquq sahəsinin normalarının tətbiqi üzrə fəaliyyətin bir icraatda birləşdirilməsinin məqsədəuyğun olan aspektlərini də diqqətə almaq lazımdır. Çünki cinayət prosesində mülki iddianın həlli ədalət mühakiməsinin həyata keçirilməsi üçün zaman müddətinin azaldılmasına, prosessual vasitələrin qənaətinə xidmət edir, eləcə də cinayət prosesində mülki iddia institutu zərərçəkmiş şəxsin (mülki iddiaçının) hüquqlarının əlavə təminatı kimi çıxış edir”.

Cinayət mühakimə icraatında mülki iddia CPM-nin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, lakin bununla yanaşı, CPM-in 179.2-ci maddəsi imkan verir ki, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda cinayət mühakimə icraatının gedişatında mülki-prosessual qanunvericiliyin də normaları tətbiq edilsin. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Göründüyü kimi, cinayət prosesində mülki iddiaya dair tədqiqatlar qaçılmaz olaraq sahələrarası və komplek xarakterli olmalıdır.

Mülki iddianın cinayət işləri ilə birgə baxılması cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin pozulmuş əmlak və şəxsi qeyri-əmlak xarakterli hüququnun tez bir zamanda bərpasına, sübutların toplanmasının asanlaşdırılmasına, toplanmış sübutların qiymətləndirilməsinin tam və hərtərəfli həyata keçirilməsinə şərait yaradaraq, məhkəmələrin iş yükünün artmasının, eyni bir iş üzrə daha çox qərarın qəbul edilməsinin qarşısını alır. Beləliklə də, cinayət prosesi tərəflərinin hüquqlarının həyata keçirilməsini daha da asanlaşdırmaqla, üzərilərinə düşən yükləri azaldır.

Nargilə Həmidova

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR