ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ukraynanın bu şəhəri işğaldan AZAD EDİLDİ

Ukraynanın bu şəhəri işğaldan AZAD EDİLDİ


Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb.

“RBK-Ukraina” xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi, 24 fevral 2022-ci ildə, Rusiyanın Ukraynanya hücum etdiyi gün yaradılıb-red) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.

"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi", - Veliçko qeyd edib.

S.Veliçko əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR