ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Finlandiya və İsveç NATO-ya birlikdə müraciət EDƏCƏK

Finlandiya və İsveç NATO-ya birlikdə müraciət EDƏCƏK


İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün mayın 18-də birlikdə müraciət edəcəklər.

Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson Finlandiya Prezidenti Sauli Niiniestö ilə birgə mətbuat konfransında məlumat verib.

Baş nazir qeyd edib ki, iki ölkə NATO-ya üzvlük prosesinə əl-ələ verərək başlamaq qərarına gəliblər.

Xatırladaq ki, bu gün Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması barədə müraciət edilməsini dəstəkləyib. Həmçinin İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Şimali Atlantika Alyansına qoşulması haqqında müraciəti imzalayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR