ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi

2020-ci il oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünü və ətraf əraziləri erməni işğalından azad edib.

Eyni zamanda, ötən ilin bu günü Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndləri düşməndən geri alınıb.

Prezident İlham Əliyev ötən il Tvitter paylaşımında Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını belə elan etmişdi:

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR