ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Vaksin vurdurmayan şəxslərin pensiyası dayandırılacaq? - AÇIQLAMA

Vaksin vurdurmayan şəxslərin pensiyası dayandırılacaq? - AÇIQLAMA

Sosial şəbəkələrdə Ağcabədi, Şəmkir, Ağstafa bölgələrində bank filiallarının önünə vaksin vurdurmayan şəxslərin pensiyasının dayandırılacağı ilə bağlı elan yapışdırılıb. Hətta sakinlərin sözlərinə görə icra nümayəndələri kəndlərdə gəzərək vaksin vurdurmayan şəxslərin təqaüdünün dayandırılacağını bildiriblər.

Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov yayılan xəbərlərdən məlumatsız olduğunu bildirib. Ağcabədi RİH nümayəndəsi Fikrət Allahverdiyev də xəbərlərin əsassız olduğunu qeyd edib.

"Nazirlər Kabinetinin qərarlarına əsasən, rayon və kəndlərdə profilaktik tədbirlər həyata keçiririk. Lakin vaksin olunmayanlara pensiyasının dayandırılması ilə bağlı heç bir məlumat veməmişik".

“Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov vurulan elanların bank tərəfindən həyata keçirilmədiyini bildirərək, məsələ ilə bağlı araşdırma işlərinin aparıldığını qeyd edib.

Vaksin vurdurmayan şəxslərin pensiyası dayandırılacaq? - AÇIQLAMA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR