ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə xüsusi təyinatlıları Kabildə qadın tibb işçilərini xilas etdi - Video

Baxış Sayı:23

Türkiyə xüsusi təyinatlıları Kabildə qadın tibb işçilərini xilas etdi - Video

23 gün əvvəl Əfqanıstana gələn Türkiyənin səhiyyə işçilərindən beşi, o cümlədən iki qadın Kabildə tibb klinikasında köməksiz vəziyyətdə qalıb. Tibb işçiləri sosial şəbəkələr vasitəsilə kömək istəyiblər, bundan sonra Türkiyənin təhlükəsizlik qüvvələri onları güvənli təxliyyə olunmaları üçün Həmid Karzay aeroportuna çatdırıb.

Bu barədə insahuquqlari.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Çox qorxurduq. Bizə Türkiyənin xüsusi təyinatlı hərbçiləri və polisləri kömək etdilər. Dövlətimiz bizi burada qoymadı. Videonu dərc etdiyimizdən sonra bizimlə əlaqə saxladılar. Bizi polis xüsusi təyinatlıları xilas etdilər. Biz onlara çox minnətdarıq. Hər şeyə görə minnətdarıq”, - xilas olunan tibb işçilərindən biri - Aleyna Tıkı danışıb.

Tibb işçiləri elə ilk təxliyyə reysi ilə Pakistana çatdırılacaq və oradan Türkiyəyə yola düşəcəklər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR