ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

AVRO-2020: 1/8 finalın daha iki qarşılaşması keçiriləcək - AFİŞA

AVRO-2020: 1/8 finalın daha iki qarşılaşması keçiriləcək - AFİŞA

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı İspaniya və Xorvatiya yığmaları arasında olacaq.

Günün ikinci oyununda son dünya çempionu Fransa İsveçrə millisini sınağa çəkəcək.

28 iyun
Avropa çempionatı

1/8 final mərhələsi

20:00. İspaniya - Xorvatiya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Kopenhagen. “Parken”

23:00. Fransa – İsveçrə

Baş hakim: Fernando Rappalini (Argentina)

Buharest. Milli stadion

Qeyd edək ki, artıq 1/4 final oyunlarının iki çütü məlumdur. Münhendə iyulun 2-də keçiriləcək görüşdə İtaliya və Belçika yığmaları qarşılaşacaq. Bakıdakı iyulun 3-də keçiriləcək görüşdə isə Danimarka və Uels milliləri yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.

AVRO-2020 iyulun 11-də başa çatacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR