ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Dövlət rüsumu haqqında” qanuna hansı dəyişiklik təklif olunur?

“Dövlət rüsumu haqqında” qanuna hansı dəyişiklik təklif olunur?

Azərbaycanda notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun ödənilmədiyi hallara dair siyahıya dəyişiklik təklif olunur.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 11.1.3-cü maddəsinə əsasən, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi köçkünlər həmin rüsumdan azad edilir.

Layihəyə əsasən, “birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” ifadəsi çıxarılır.

Təklif olunur ki, həmin ifadə “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənsin.

Layihə parlamentin Gənclər və idman komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR