ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sahibə Qafarova Pakistandadır - FOTO

Sahibə Qafarova Pakistandadır - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gedib.

Bununla bağlı Milli Məclis məlumat yayıb.

Ölkənin paytaxtı İslamabadın “Nur Xan” hava limanında nümayəndə heyətimizi Pakistan Senatının sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin Sədri Şahdana Gulzar Xan, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri burada işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.
Sahibə Qafarova Pakistandadır - FOTO

Oxşar xəbərlər
SON XƏBƏRLƏR