ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Baş nazirdən dövlət hesabına maliyyələşdirilən obyektlərlə bağlı QƏRAR

Baş nazirdən dövlət hesabına maliyyələşdirilən obyektlərlə bağlı QƏRAR

Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qəbul edilmiş qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanıb:

- Tikintidə üstəlik xərclərin normativləri;

- Tikintidə smeta gəlirinin normativlərı;

- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;

- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;

- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;

- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;

- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;

- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR