ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna MN itkilərinin sayını açıqladı

Ukrayna MN itkilərinin sayını açıqladı


Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə itkiləri 9 min nəfərdən çoxdur.

insahuquqlari.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Hanna Malyar "ISLND TV" "YouTube" kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın müharibədə itkiləri düşmənin itkilərindən qat-qat azdır və bu, Silahlı Qüvvələrin bacarığının göstəricisidir.

"Yüz minlərlə deyil. Şükürlər olsun ki, yüz minlərlə deyil. Bir neçə həftə əvvəl 9 minə yaxın rəqəm açıqlandı. Təbii ki, ölənlərin sayını tam bilmədiyimiz Mariupol var. Minlərlədir, amma birmənalı olaraq yüz minlərlə deyil... ", - deyə Malyar bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR