ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Abşeronda şirkətdə partlayış: ölən var

Abşeronda şirkətdə partlayış: ölən var


Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

Report xəbər verir ki, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən Şinkar Holding MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR