ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Rusiyanın hansı prezidenti ilə sülh danışıqları aparacağımız sual altındadır"

"Rusiyanın hansı prezidenti ilə sülh danışıqları aparacağımız sual altındadır"


"Rusiyanın Ukraynaya qarşı müharibəsi sülhlə başa çatacaq, lakin Ukraynanın Rusiya Federasiyasının hansı prezidenti ilə sülh danışıqları aparacağı sual yaranır".

insahuquqlari.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Davosda onlayn çıxışı zamanı deyib.

"Bu gün birləşmiş Ukraynanın müstəqilliyi və azadlığı uğrunda müharibədir və buna görə də mən inanıram ki, bizim səy göstərdiyimiz bu qələbə dinc birləşmiş Ukraynanın yalnız başlanğıcıdır. Hərbi hissədən sonra isə hər halda əminəm ki, danışıqlar masası olacaq. Və mütləq sülh olacaq. Sual olunur: Ukrayna kiminlə danışıqlar aparacaq? Və ya Ukrayna hansı Rusiya prezidenti ilə danışıqlar aparacaq?”, - deyə Zelenski bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR