ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya Ukraynanın Su-24 təyyarəsini və “Toçka-U” raketini vurub

Rusiya Ukraynanın Su-24 təyyarəsini və “Toçka-U” raketini vurub


Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk səmasında Ukraynaya məxsus Su-24 təyyarəsini, həmçinin Xarkov vilayətində İzyum səmasında “Toçka-U” raketini vurub.

insahuquqlari.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Nikolaevka yaşayış məntəqəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini vurub. Bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhərinin yaşayış məntəqələrinə Ukraynaya məxsus “Toçka-U” ballistik raketinin hücumunu dəf edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov bildirib ki, Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı gecə ərzində 408 hədəfi vurub: "Nəticədə 18 komanda məntəqəsi və canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 383 ərazi məhv edilib".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR