ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Köçkünlərə ev vəd edərək dələduzluq etdi — TƏFƏRRÜAT

 Köçkünlərə ev vəd edərək dələduzluq etdi — TƏFƏRRÜAT

Nizami Rayon Məhkəməsində köçkünlərə ev vəd verərək aldadan dələduzun məhkəməsi başlayıb.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Əhmədov Nazim Səməd oğlunun məhkəmə prosesinə hakim Mətanət Hacıyeva sədrlik edir.
İttiham aktına görə, Zöhrab Təmrazov 2014-cü ilin fevral-aprel ayları aralığında yaxın qohumu, Laçın rayon sakini, Nizami rayonu, Rüstəmov küç. 94 ünvanındakı yataqxanada məskunlaşmış Əhmədov Nazim Səməd oğluna məxsus Binə qəsəbəsindəki torpaq sahəsini almaq məqsədilə “Mercedes-240” markalı avtomobilini 11000 dollara ikinciyə satıb:
“Nazim Əhmədov 1200 manatı nəğd şəkildə ödədi. Aradan xeyli müddət keçdikdən sonra torpaq sahəsinin yalan olduğunu bilmiş və Nazimdən yerdə qalan 7200 manatımı tələb etmişəm. Eyni zamanda təqribən eyni vaxtda digər yaxın qohumum Məmmədova Fəhruz Yusif qızından 5000 manat mənim vasitəmlə Nazimə vermişik. Bakı şəhəri Nizami rayonu, Məhsəti küç. 9, mənzil 33 ünvanında yaşayan Nazimin yaxın dostu Allahverdiyev Gəray Surxay oğluyla birlikdə bildirdiklərinə görə Fərzəliyev Əziz adlı şəxs məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış evini Nazimin adına (məcburi köçkün olduğuna görə) sənədləşdirərək Fəhruza verəcəklərini bildiriblər.

Şikayətçi bildirib ki, aradan 6-7 ay keçdikdən sonra məlum olub ki, Nazim Əhmədov Gəray Allahverdiyevlə birlikdə etibarından sui-istifadə edərək onu aldadıb: ” Allahverdiyev Gəray bizə bildirmişdir ki, bizdən aldığı pulları Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən Elman və Fərzəliyev Əziz adlı qohumlarına verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR