ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Evdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Evdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Elvin Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

insanhuquqlari.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Mənzillərin birindən qeyri-aşkar şəraitdə oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6500 ABŞ dolları və 50.000 rus rublunu oğurlamaqda şübhəli bilinən Elvin Rüstəmov tutularaq istintaqa cəlb olunub. Ona qarşı 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR