ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda qadın şirkətin 423 min dollarını mənimsəyib - İTTİHAM AKTI

Baxış Sayı:37

Bakıda qadın şirkətin 423 min dollarını mənimsəyib - İTTİHAM AKTI


Bakıda qadın şirkətin 423 min dollarını mənimsəyib.

Bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını elan edən zaman deyib.

O bildirib ki, Nelli Fabriçnaya iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun baş direktoru olduğu şirkətlərin külli miqdarda pulunu mənimsəmə yolu ilə ələ keçirib.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu seyfdən götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Məhkəmədə ifadə verən N.Fabriçnaya ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib.

Zərərçəkmiş Ə.Zeynalov ikinci qrup əlil olduğunu deyib. O bildirib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib. //report//

Oxşar xəbərlər
SON XƏBƏRLƏR