ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır

ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məktəblilərin İctimai Şurası yaradılır.

Məktəblilərin ictimai şurası ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində aktiv iştirakı təmin etmək məqsədilə yaradılır. Təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəblilər Şuraya üzv olmağa dəvət edilir.

1. Namizədlərə dair tələblər:

- Şuraya 13-17 yaşlı məktəblilər öz namizədliyini irəli sürə bilər.

2. Namizədlərin qeydiyyatı:

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Şurada üzvlüyə namizədliyin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin tərcümeyi-halı.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

3. Sənədlərin qəbulu və baxılması:

Namizədlərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün sənədlər elektron qaydada public@eco.gov.az poçt ünvanına təqdim edilə bilər.

Qeydiyyat yanvarın 27-dən başlanılır. Sənədlərin qəbulu müddəti 28 fevral tarixində başa çatacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR