ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto



Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İshak Hersoqun görüşü olub.

İnsanhuquqları xəbər verir ki, İsrail Prezidenti İshak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirdi və bununla bağlı İshak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR