ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev Vladimir Zelenski ilə görüşdü - Foto

İlham Əliyev Vladimir Zelenski ilə görüşdü - Foto



Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü olub.

İnsanhuquqları xəbər verir ki, Prezident Vladimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Vladimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu.

Prezident Vladimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR