ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 28 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 28 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2233 yeni yoluxma faktı qeydə alınıb, 2401 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

Xatırladaq ki, 18 Noyabr 2021-ci il tarixində 2124 yoluxma faktı və 27 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 234 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 512 674, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 678 821 təşkil edir.
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 28 nəfər öldü

Oxşar xəbərlər
SON XƏBƏRLƏR