ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu?

Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1876 yeni yoluxma faktı qeydə alınıb, 2248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

Xatırladaq ki, 09 Noyabr 2021-ci il tarixində 1855 yoluxma faktı və 27 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR