ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançısı Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb.

Cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub.

Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, bunadək komandamızın aktivində bir medal var idi. Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR