ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya XİN-dən mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı - Açıqlama

Rusiya XİN-dən mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı - Açıqlama

“Mina xəritələrinin Ermənistandan alınıb Azərbaycana verilməsi qarşılığında saxlanılan şəxslərin Ermənistana qaytarılması prosesi davam etdirilir”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev keçirdiyi brifinq zamanı deyib.

O bildirib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi səylərində üçtərəfli bəyanatda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə arxalanır.

“Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycanda saxlanılan şəxslərin Ermənistana qaytarılması istiqamətində işimizi davam etdiririk. Əminik ki, bu cür narahatedici məsələlərin ən qısa zamanda aradan qaldırılması İrəvanla Bakı arasındakı münasibətlərin yaxşılaşmasına kömək edəcək”, - deyə Zaytsev bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR