ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə etdi

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, onlar Qarabağda humanitar məsələlərin həlli də daxil olmaqla Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini müzakirə edib.

“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli İşçi Qrupunun regionun münaqişədən sonrakı inkişafındakı mühüm töhfəsi vurğulanıb”, - deyə açıqlamada əlavə edilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR