ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Eurovision 2021"də finala çıxan ölkələr - SİYAHI

"Eurovision 2021"də finala çıxan ölkələr - SİYAHI


Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Eurovision 2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Yarışmada San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə, İslandiya və Danimarka finala keçmək uğrunda mübarizə aparıblar.

Sonda səsvermə nəticəsində 10 ölkə - Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya finala vəsiqə qazanıb.

Birinci yarımfinaldan finala vəsiqə qazanan ölkələr isə Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna olub.

Qeyd edək ki, müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. Azərbaycanı "Mata Hari" mahnısı ilə Samirə Əfəndi təmsil edir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR