ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

I sinif uşaqlarının qeydiyyatı hansı formada aparılacaq? - RƏSMİ

I sinif uşaqlarının qeydiyyatı hansı formada aparılacaq? - RƏSMİ

“I sinfə qəbul elektron formada olacaq. Aprelin 27-si saat 11:00-dan elektron qeydiyyat, aprelin 29-u saat 11:00-dan isə məktəb seçiminə başlanılacaq”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, elektron sistemdə qeydiyyat valideyn və ya uşağın qanuni nümayəndəsi tərəfindən aparıla bilər:

“Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün artıq elektron kabineti mövcuddur, yəni yeni şəxsi kabinet açmağa ehtiyac yoxdur. Ölkədə davam edən pandemiya şəraitinə görə I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq. Bu, həm məktəbəhazırlıq qruplarına cəlb olunan, həm də cəlb olunmamış uşaqlar aiddir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR