ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin siyasi partiyaları Qarabağla bağlı qətnaməni pisləyən bəyanat yaydı

Türkiyənin siyasi partiyaları Qarabağla bağlı qətnaməni pisləyən bəyanat yaydı

Ədalət və İnkişaf Partiyası, CHP, MHP və İYİ Partiyanın TBMM fraksiyaları birgə bəyanatla çıxış edərək Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Türkiyə Böyük Millət Məclisində fraksiyası olan siyasi partiyalar olaraq Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd bir şəkildə Dağlıq Qarabağ münaqişəsinə dair 25 noyabr 2020-ci il tarixində qəbul etdiyi qərarı ən güclü şəkildə qınayırıq”, - deyə məlumatda bildirilib.

Fransa Senatı görməzdən gəlsə də, BMT Təhlükəsizlik Şurasınını 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qərarlara əsasən Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu göstərilən bəyanatda Fransa Senatının qəbul etdiyi qərarın beynəlxalq hüquq baxımından yox hökmündə olduğu qeyd edilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR