ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan daha çox əsir götürəcək” - “Tupoy Qaqo”lar ayılmağa başlayır

“Azərbaycan daha çox əsir götürəcək” - “Tupoy Qaqo”lar ayılmağa başlayır

Rusiya Federasiyasının təşəbbüsü ilə 3 iyul 2021-ci ildə Ermənistanın Azərbaycana Füzuli və Zəngilan bölgələrində işğal əsnasında yerləşdirilmiş, təxminən 92 min tank əleyhinə və piyada əleyhinə mina xəritəsini təqdim etməsi xəbərləri mövcud Ermənistan hökumətinin əleyhdarları arasında gözlənilən isteriyaya səbəb oldu.

Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, humanist bir addım olaraq, Azərbaycan tərəfi məhkəmə qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası bitmiş 15 ermənini Ermənistana təhvil verdi. Beləliklə, bu xəbər özlərini qürurla erməni müxalifəti adlandıranları, əslində isə yalnız illüziya satıcıları olanları dərin kədərə boğdu.

Bunlardan biri də, ölkədəki real şəraitə baxanda adı çox komik səslənən - “Çiçəklənən Ermənistan” adlı bir partiyadan olan Ermənistan parlamentinin üzvü Arman Abovyandır. O, “Facebook” səhifəsində bir yazı yazdı. Bu yazıdakı pafos axmaqlıqdan az deyildi. Ancaq axmaqlıq Arman üçün adi vəziyyətdir. Məsələn, o, rəsmi İrəvanın erməni “dövlət sirlərini” icarə əvəzi təhvil verdiyini dedi və bundan sonra ölkəsinin hökumətinə sual vermək qərarına gəldi.

“Ümid edirəm ki, şantajlara məruz qaldığınızı və məhkumların həyatı üzərindən alqı-satqıda Azərbaycan sxeminə razı olduğunuzu anlayırsınız. Hakbuki, bunun əvəzinə biz də onlarla azərbaycanlını eyni şəkildə əsir götürə və sadəcə onları dəyişdirə bilərdik. İndi sual olunur: Azərbaycanlıların gələcəkdə erməniləri əsir götürməsinə, bunun müqabilində yeni güzəştlər tələb etməsinə nə mane olacaq? Əminəm ki, azərbaycanlılar Ermənistan Respublikasının vətəndaşlarını ələ keçirmək məqsədi ilə yenidən cəhd etmək üçün əlverişli vaxt gözləyirlər, çünki Ermənistanın onurğasız hakimiyyətləri onsuz da azərbaycanlıların qeyri-insani qaydaları ilə oynamağa razıdırlar. Gələcək var... Əsirlikdə olmadıqca, zövq alın”, - deyə A.Abovyan yazdı.

Burada, necə deyərlər, ilk sözdən son sözə qədər cəfəngiyatdır. Açıq həqiqəti təkrarlamağa başlayaq - Azərbaycan ötən il 10 noyabr tarixli üçtərəfli bəyanat imzaladıqdan sonra tutulan 15 hərbçisini Ermənistana təhvil verməklə insani bir addım atdı. Yəni ölkəmizin onları təhvil verməməsi üçün bütün əsasları var idi. Ancaq Füzuli və Zəngilan bölgələrindəki minalanmış ərazilərin xəritələrini 15 erməni hərbçisi müqabilində almaqdan danışırıq. Bu, minlərlə insanın ölümündən qaçaraq, bu geniş ərazilərin daha sürətli təmizlənməsinə imkan verəcək. Üstəlik, məcburi köçkünlərin yurdlarına qayıtma prosesini sürətləndirəcək.

Daha irəli gedək. 44 günlük müharibə boyunca İrəvanda sakitcə oturan və burnunu Qarabağa soxmağa cəsarət etməyən Arman, indi “Azərbaycan hərbçilərini əsir götürmək” haqqında xəyal qurur. Həqiqi güc tarazlığını mükəmməl başa düşür. Çox güman ki, 44 günlük müharibə zamanı 10 min erməni “döyüşçüsünün” döyüş meydanından qaçmasından xəbərdardır. Şübhəsiz ki, o, ordumuzun “yenilməzlər”i necə məhv etdiyi əks olunan döyüş meydanından görüntüləri görüb.

Bu şərtlər daxilində, erməni ordusunun qalıqlarının real vəziyyətini bilməklə, Azərbaycan hərbçilərinin əsir götürülməsinin mümkünlüyü barədə danışılanlar primitiv populizmdın başqa bir şey deyil. Ala bilsəydilər, alardılar. Erməni tərəfinin buna gücü çatmır. Öz sərhədlərini belə, qorumağa gücü yoxdur.

Beləliklə, Abovyan yalan danışdı - axmaq, amma ona xas olan şəkildə. Eyni zamanda, Abovyan yeni erməni təxribatçılarının əsir götürülə biləcəyinə işarə edərək, isterika qaldırdı. Təbii ki, əsir alına bilərlər, əgər təxribat törətməyə çalışsalar, yeni mina quraşdırmağa cəhd etsələr və ya hansısa məqsədlə ərazimizə sıza bilsələr.

Görünür, burada hər şey sadədir - əsir düşmək istəmirsinizsə, buna görə təxribat etməyə çalışmayın. Ancaq belə açıq bir fikir Abovyanın anlayışından kənardır. Arman həqiqətən özünü və dünyanı cəzasızlıqla təxribat hazırlamaq mümkün olduğuna inandırmağa çalışır. Orada nə çəkirlər, görəsən?!

Digər tərəfdən, deyilənlər “Tupoy Qaqo” kimi tanınan oliqarx Tsarukyanın rəhbərlik etdiyi partiyanın bu təmsilçisinin nə qədər çaxnaşma əhval-ruhiyyəsində olmasının göstəricisidir. Belə bir ləqəbin daşıyıcısının üzvü olmaq şübhəli bir şöhrətdir. Ancaq Abovyan imic üçün narahat olmayacaq. Axı, əvvəllər o, Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyanın yanında buyruq qulu olub.

Manukyan Ukraynaya təyin edilməzdən əvvəl “diplomatik” dairələrdə “Servis Ando” ləqəbi ilə tanınırdı. Razdan Sement Zavodunda fəhlə işləyib, sərvətini və karyerasını kriminal aləmə dalmaqla qazanıb, 2001-2008-ci illərdə Ermənistanın nəqliyyat naziri olub. Növbəti iki ildə Serj Sarqsyanın məsləhətçisi idi. Ukraynadakı fəaliyyəti açıq şəkildə uğursuz oldu və səfir vəzifəsindən rüsvayçılıqla azad edildi.

Və bu yaramazın məsləhətçisi isə eyni Abovyan idi. Arman, yaxşı xatırlayıram, Ukrayna jurnalistləri üçün ölkəmizin işğal olunmuş ərazilərinə səyahətlər təşkil etmişdi. O dövrdə sosial şəbəkələrdə Abovyanın Xankəndinin girişində olan “Biz və Dağlarımız” abidəsi fonunda “Faktı” nəşrinin jurnalisti Yaroslav Marçenko və operator Aleksandr Kulakovla birlikdə özünü göstərdiyi bir foto yayımlandı.

O zaman Abovyanın çıxışlarında özünə inamın və rahatlığın nə qədər olduğunu yaxşı xatırlayıram. İndi Azərbaycan ordusunun gücündən qorxduğunu etiraf etməkdən çəkinmir ki, bu da öz sözlərindən göründüyü kimi, bizim lazımi sayda erməni əsgərini asanlıqla ələ keçirə biləcəyimizi anlamasından irəli gəlir.

Bu, nə deməkdir? Hətta Abovyanın “Tupoy Qaqo”nun uzun müddət əlinin altında işləməsinə baxmayaraq, ayılmağa başladığı hiss edilir. Bir müddətdən sonra onun Azərbaycanın Xankəndini də qaytarmaq qabiliyyətini tanıyacağını eşitsəm, təəccüblənmərəm. Və tək onun yox...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR