ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...

Baxış Sayı:44

Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

Əyanilik üçün bu əndrəbadi məxluqun müraciətinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq.

“Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik.

Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq"- Araik belə yazıb.

Amma sement zavodunun konkret hansı Azərbaycan məntəqəsi yaxınlığında tikiləcəyi barədə məlumat verilmir.

Xatırladaq ki, Moderator.az hələ 2020-ci ilin iyulunda separatçıların Qarabada belə bir müəssisə tikmək qərarı verməsi haqda yazmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR