ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda əməliyyat: Keçmiş məhkum silahla yaxalandı - VİDEO

Bakıda əməliyyat: Keçmiş məhkum silahla yaxalandı - VİDEOSabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev tutulub.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, beş ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR