ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydaları pozulub? – İDDİA + VİDEO

Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydaları pozulub? – İDDİA + VİDEOİctimai vəkil, hüquqşünas Samir Zeynalov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi karantin rejimi qaydalarının pozulduğunu iddia edir.
O, insanhuquqlari.az-a aprelin 24-də baş tutmuş, qurumun həkimlərinin iştirak etdiyi tədbirdən görüntülər təqdim edib. Kadrlarda həkimlərin sosial məsafəni gözləmədikləri və bəzilərinin maska taxmadığı müşahidə olunur. S. Zeynalov həmçinin iddia edir ki, kadrlarda çıxış etdiyi görünən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın 70 yaşı var və xüsusi karantin rejiminin qaydalarına əsasən onun fəaliyyət göstərməsi qadağandır. O bildirib ki, sözügedən tədbir adi gülvermə prosesidir.
Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, məsələ araşdırılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR