ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

133 kq çəkili qadını iki gündür yanmış binadan çıxara bilmirlər - VİDEO

133 kq çəkili qadını iki gündür yanmış binadan çıxara bilmirlər - VİDEO133 kiloqram çəkisi olan qadını artıq ikinci gündür ki, yanmış binanın dəhlizindən çıxarmaq mümkün olmur.

Bu barədə “Mash” Telegram kanalı xəbər yayıb. Bildirilir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərində qeydə alınıb.

Məlumata görə, ikimərtəbəli bina yanarkən insanlar özlərini pəncərədən yerə atıblar. Lakin Nadejda Noskova çəkisi və səhhəti ilə əlaqədar bunu edə bilməyib. Heç yanğınsöndürənlər də ona kömək edə bilməyib. Onlar qadına yalnız oksigen maskası verə biliblər və alov nəzarətə alınana qədər yanında keşik çəkiblər.

Hazırda qadın, ümumiyyətlə, binanı tərk edə bilmir. Taxtadan olan çürümüş pilləkənlər yanğın nəticəsində, demək olar ki, məhv olub, onların üstünə çıxmaq təhlükəlidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR