ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Ferrum Capital"a Azərbaycan qanunları kar etmir? - GİLEY

"Ferrum Capital"a Azərbaycan qanunları kar etmir? - GİLEYDövlətin pandemiya dövründə zərurətə çevrilən karantin səbəbindən ayrı-ayrı maliyyə qurumlarına etdiyi tövsiyyələr, çağırışlar, habelə verdiyi təlimatlar deyəsən, bəzilərinə kar etmir. Hər halda görünəni budur və bu gün karantin səbəbindən işsiz qalan Bakı sakini Fəridə Zeynallı da həmin biganəliyin qurbanıdır. DİA.AZ olaraq narazı vətəndaşın "Ferum Capital"dan etdiyi şikayəti olduğu kimi təqdim edirik:

"Mən uzun zamandır "World Telecom" mağazasının müştərisiyəm. Və ən son aldığım telefenu mənə təklif edəndə dedilər ki, krediti "Ferrum Capital" vasitəsi ilə əldə edim. Ödəniş onlara olacaq. Mən razı oldum və 6 ay vaxtlı-vaxtında ödəniş etdim. Ən son 20.06.2020-ci il tarixində bizim işimiz dayandı karantinlə bağlı. Mən mebel mağazasında çalışiram.

İşləməyə icazə yox, mağaza bağlı... və mən 45 gündür evdəyəm. Mənim 19 gün gecikməm oldu. "Ferrum Capital" mənə gecikmə ilə bağlı anlayış göstərmədi... Dəfələrlə zəng etdilər. "İşləmirik, mağaza bağlıdır" desəm belə, mənim telefonumu Rabitə Nazirliyi tərəfindən bağlatdırdılar. Və telefonum heç bir şəkildə işləmir.

Dövlət işləməyimizə izn vermirsə və biz insanlar evdəyiksə... gəlirimiz heç yoxdursa, banka necə ödəniş edek? "Ferrum Capital" dəhşətli dərəcədə anlayışsızdır!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR