ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105004755 ISIN kodlu, tədavül müddəti 728 gün olan 20 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AZ0105004755 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 64,5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.9128 (gəlirlilik 7,5 faiz) səviyyəsində müəyyən olunub.

İstiqrazların ödəmə müddəti 2021-ci il martın 2-sidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR