ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“İslahat icmalı”nın xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr edilib

“İslahat icmalı”nın xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı” dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinə həsr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı yaradılıb. Qovşaq bir çox istiqamətlərdə, həmçinin sahibkarlara ixrac sənədlərinin onlayn vahid ixrac ərizəsi vasitəsilə təqdim edilməsi xidmətləri göstərir.

Onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayır.

Dünyada ilk dəfə Azərbaycanda təqdim olunan onlayn vahid ixrac ərizəsi vasitəsi sahibkarlara ofislərini tərk etmədən ixrac üçün lazım olan bütün sənədləri (mənşə, fitosanitar, baytarlıq, qida təhlükəsizliyi, sərbəst satış sertifikatlarını, ixrac təşviqi sənədini və gömrük bəyannaməsini) əldə etmək imkanı verir.

Onlayn vahid ixrac ərizəsi Rəqəmsal Ticarət Qovşağında fəaliyyət göstərir və ərizədən bu link vasitəsilə https://dth.azexport.az/az/ qeydiyyatdan keçdikdən sonra istifadə etmək mümkündür.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR