ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxır

“Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxır

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan "Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə Qazaxıstanın "Kayrat" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Qeyd edək ki, hazırda "Qarabağ" 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu

III tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan)

Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR