ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutub

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.

Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb - 2,5:0,5. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu - 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR