ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Çempionlar Liqası: Daha 11 komanda növbəti mərhələyə yüksəldi

Çempionlar Liqası: Daha 11 komanda növbəti mərhələyə yüksəldiBu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin digər oyunları keçirilib.

"insanhuquqlari.az"ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın növbəti raunddakı rəqibi Moldova "Şerif"i olub.

Tiraspol təmsilçisi ilə yanaşı, daha 10 komanda II mərhələyə adlayıb. Məğlub olanlar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

Avqustun 19-na nəzərdə tutulan “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) oyunu isə qonaq komandanın bir futbolçusunda və əməkdaşında koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Çempionlar Liqası

I təsnifat mərhələsi

19 avqust

19:00. “Ararat” (Ermənistan) - “Omoniya” (Kipr) - 0:1

Qol: Tiaqo Santos, 94

Qırmızı vərəqə: David Umanyes, 98

20:00. “Molde” (Norveç) - “KuPS” (Finlandiya) 5:0

Qollar: Eyrik Hestad, 26. Maqnus Eykrem, 37. Ohi Omoyjuanfo, 65. Markus Pedersen, 90. Erlinq Knudtson, 90+3

20:30. “Flora” (Estoniya) - “Suduva” (Litva) - 1:1 (penaltilərlə - 2:4)

Qollar: Rauno Sappinyen, 49 - Mihret Topçagiç, 78 - penalti

21:00. "Tselye" (Sloveniya) - “Dandolk” (İrlandiya) 3:0

Qollar: Luka Kerin, 43. Dario Vizinger. 89, Filip Danqubiç, 90+5

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana" (Albaniya) 0:2

Qollar: Aqustin Torassa, 45+4. Marsel İsmailceçi, 86

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç) 2:0

Qollar: Tokmak Nquen, 33, 62

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya) 2:0

Qollar: Nik Blekmen, 58 - penalti, 88 - penalti

22:00. “Buduçnost” (Monteneqro) - “Lüdoqorets” (Bolqarıstan) 1:3

Qollar: İqor Çukoviç, 31 - İxinio Marin, 12. Mavis Çibota, 25. Kauli Oliveyra Souza, 90+3

22:00. "Konnas Ki" (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina) - 0:2

Qollar: Bencamin Tatar, 16, 65

22:00. “Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq) 2:0

Qollar: Anatol Abanq, 33. Andrey Lukiç, 80

23:00. “Floriana” (Malta) - ÇFR (Rumıniya) - 0:2

Qollar: Mayk Sestor, 53. Ketelin Qolofka, 90+7

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ"dan başqa, Polşanın "Legiya", Belarusun "Dinamo" (Brest), Şotlandiyanın "Seltik" və Serbiyanın "Srvena Zvezda" komandaları da Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR