ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ”ın Çempionlar Liqasında daha bir potensial rəqibi müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasında daha bir potensial rəqibi müəyyənləşdiFutbol üzrə Bolqarıstan çempionunun adı məlum olub.

insanhuquqlari.az xəbər verir ki, “Ludoqorets” mövsümün başa çatmasına dörd tur qalmış çempionluğunu rəsmiləşdirib.

Razqrad şəhərinin komandası XXVII tur çərçivəsində doğma meydanda “Beroe”yə 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, “Ludoqorets” xallarının sayını 65-ə çatdırıb və Sofiya CSKA-sı (51) ilə “Levski” (50) üçün əlçatmaz olub.

Qeyd edək ki, “Ludoqorets” mövsüm ərzində heç bir oyunda məğlub olmayıb. Bu, Razqard klubunun ardıcıl doqquzuncu çempionluğudur. Komanda yeni mövsümdə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasında potensial rəqiblərindən birinə çevrilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR