ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Avrokuboklar və Avro-2020 ilə bağlı qərar verilir - Bu gün

Avrokuboklar və Avro-2020 ilə bağlı qərar verilir - Bu gün
Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

insanhuquqlari.az xəbər verir ki, videokonfrans formatında olacaq toplantıda koronavirusa görə dayandırılan avrokuboklarda 2019/2020 mövsümünün 1/8 final mərhələləri, Çempionlar Liqasında 1/4 final oyunları, 2020/2021 mövsümü üçün avrokubokların təsnifat, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq.
Eyni zamanda, Avro-2020-nin keçirilmə yeri və oyunlarının təqvimi, Avro-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı məsələsi gündəlikdə yer alıb.

İclasdan sonra - Bakı vaxtı ilə saat 17:30-da isə UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, sabah UEFA İcraiyyə Komitəsinin daha bir iclası keçiriləcək. Bu toplantıda isə DÇ-2022-nin seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları müzakirə ediləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR