ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Pike həbs oluna bilər

Pike həbs oluna bilər


Barselona”nın futbolçusu Jerar Pike həbs cəzası ilə üzləşə bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Pike avtomobili etibarsız sürücülük vəsiqəsi ilə idarə etməkdə ittiham edilir. Futbolçu saxlanılarkən məlum olub ki, onun avtomobil idarə etmək üçün balı yoxdur.

İspaniyada sürücülük vəsiqəsi verilərkən hər bir şəxsə 12 bal verilir. Sürücülər qayda pozuntusu etdikcə, bu ballar silinir. Bal tamamilə silinərsə, onda sürücü avtomobili idarə etməkdən məhrum olunur. O, bu hüquqa yiyələnmək üçün yenidən imtahan verməlidir. Qaydanı pozan şəxsləri 6 min avro cərimə və ya 6 aya qədər həbs cəzası gözləyir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR