Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.
İnsanhuquqları xəbər verir ki, bunu Report-a açıqlamasında Avropa Birliyi Şurasının prezidentinin mətbuat katibi Yekaterina Kazinqe deyib.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda keçiriləcək.