ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

THY-dən aparıcının iddialarına cavab

THY-dən aparıcının iddialarına cavab

Aparıcı Nigar Mahmudova ötən gün İnstaqram hesabında paylaşım edərək, Türk Hava Yollarından bilet alsa da, onu təyyarəyə buraxmaq istəmədiklərini bildirib. Nigarın dediyinə görə, ona ehtiyatda olan sərnişin olduğunu bildiriblər.

insan hüquqları xəbər verir ki, Türk Hava Yollarının Bakı ofisinin əməkdaşı Afiq Rüstəmov Teleqraf.com-a açıqlamasında sərnişinin məlumatlarında problemin olduğu halda onun "ehtiyatda olan sərnişin" kimi qeydə alındığını bildirib:

“Məsələn, şəxsin ad-soyadında problem aşkarlanarsa, yetkin insan uşaq bileti alarsa, cinsini səhv seçərsə və bu kimi səbəblər olarsa, o, ehtiyatda olan sərnişin kimi nəzərdə tutulur. Ola bilər ki, təyyarə dolub, amma həmin təyyarədə uçmalı olan bir neçə sərnişin var. Onların yola salınması üçün ehtiyat sərnişinə və ya tək uçan şəxslərə təklif irəli sürülür ki, sizi növbəti reyslə yola salaq. Bunun əvəzində onlara kompensasiya ödənilir. Sərnişin razı olarsa, ona kompensasiya ödənilir və sonrakı reyslə yola salınır".

Türk Hava Yollarının Bakı ofisinin əməkdaşı deyir ki, sərnişin razı olmazsa, heç kim onu yerindən tərpədə bilməz:

"Əksər hallarda sərnişinlər razılaşır və müəyyən məbləğdə kompensasiya alırlar. Kompensasiyanın məbləği müxtəlifdir. Təxminən 400-500 avro arası olur. Biletdən baha da, biletin qiymətində də ola bilir.

Bir hal da var ki, təyyarədə iki sərnişinin ad-soyadı, ata adı təsadüfən eyni ola bilər. Bu da şübhəli məqam sayılır. Ona görə hər iki sərnişin şübhəli hal kimi yoxlanılır".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR