ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Şagirdi döyən mühafizəçi işdən qovuldu – Video

Şagirdi döyən mühafizəçi işdən qovuldu – Video

Bakının Səbail rayonu, 189 nömrəli tam orta məktəbdə iyunun 7-də mühafizəçinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı insident araşdırılıb.

Bu barədə insan hüquqları 189 saylı məktəbdən bildirilib.

“Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub”, - məlumatda qeyd edilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR