ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanı günahlandıran türk deputat kimdir? - Video

Azərbaycanı günahlandıran türk deputat kimdir? - Video


Türkiyəli millət vəkili Ömər Faruk Gərgərlioğlu 17 mayda TBMM-də keçirilən mətbuat konfransı zamanı Azərbaycan polisi haqqında ittihamlar səsləndirib. Millət vəkili Qüdrət Həsənquliyev isə Milli Məclisin bu gün keçirilən plenar iclasında sözügedən ittihamlara cavab verib.

insan hüquqları Ömər Faruk Gərgərlioğlu haqda məlumatı təqdim edir:

Ömər Faruk Gərgərlioğlu ixtisasça həkimdir. 27-ci çağırışda indiki DEM-in sələfi olan HDP-dən (Xalqların Demokratiyası Partiyası) və 28-ci çağırışda Kocaelidən millət vəkili seçilib. DEM və sələfləri olan HDP, BDP ( Sülh və Demokratiya Partiyası), DTP (Demokratik Cəmiyyət Partiyası) hər zaman PKK terror təşkilatının siyasi uzantısı və qatı müdafiəçisi kimi tanınıblar.

Gərgərlioğlu haqqında millət vəkili olmamışdan əvvəl Kocaeli İkinci Ağır Cəza Məhkəməsində “PKK/KCK təbliğatı ilə məşğul olmaq” ittihamı ilə cinayət işi açılıb. Millət vəkili seçildikdən sonra isə məhkəmənin hökmü ilə 2,6 il müddətinə həbs cəzasına məhkum olunub, millət vəkili mandatı 2021-ci ilin martında əlindən alınıb və yalnız 4 ay sonra mandatı bərpa olunub.

Gərgərlioğlu bütün siyasi fəaliyyətində terror təşkilatı PKK-nı müdafiə edib. Hətta Yutubda qatıldığı “Xalq Məclisi” adlı proqramda aparıcı Metexan Aykutun PKK-nı terror təşkilatı kimi tanıyıb-tanımadığı haqqında verdiyi suala konkret cavab verməkdən yayındığı üçün cəmiyyət tərəfindən kəskin şəkildə qınanıb.

Qısa tarixçədən də göründüyü kimi, Türkiyə Cümhuriyyətinə, onun Ordusuna və xalqa düşmən olan, 40 mindən çox insanın qanını tökən PKK-ya terror təşkilatı deyə bilməyən bir şəxsdən Azərbaycana qarşı belə ittihamları eşitmək heç də təəccüblü deyil. Yəqin ki, qardaş ölkə ilə əlaqələrin daha da sıxlaşdığı indiki məqamda Gərgəroğluna bu sözləri dedirdənlər var.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR