ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib
Konfransda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər, bu sahədə mərkəzi icra hakimiyyəti orqanları, məhkəmələr, hüquqi yardım və mediasiya təşkilatlarının rolu vurğulanıb.

Mülki Məcəllədə və istehlakçı hüquqlarının müdafiəsini tənzimləyən bir neçə qanunvericilik aktlarında dəyişiklik layihələri hazırlanıb
Qeyd olunub ki, 2022-ci ildə Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 4436 müraciət daxil olub. Təmin edilmiş müraciətlər əsasında qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.
İstehlakçı hüquqlarının daha səmərəli şəkildə qorunması məqsədilə Dövlət Xidməti ilə bir sıra qurumlar - Mərkəzi Bank, Ədliyyə Akademiyası, Vəkillər Kollegiyası, Mediasiya Şurası arasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb. Bundan başqa, sahibkarlar arasında da müntəzəm olaraq maarifləndirmə işlərinin aparıldığı, görüşlərin keçirildiyi qeyd olunub. Bildirilib ki, maarifləndirmə tədbirləri ilə yanaşı, hazırda istehlakçı hüquqları sahəsində qanunvericilik aktlarının da təkmilləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, istehlakçı hüquqları sahəsində sahibkarların rolunun artırılması, istehlakçı məmnuniyyəti standartlarının korporativ idarəetmədə daha geniş tətbiqi, mövcud qanunvericilik aktlarında ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda, Mülki Məcəllədə və istehlakçı hüquqlarının müdafiəsini tənzimləyən bir neçə qanunvericilik aktlarında dəyişiklik layihələri hazırlanıb və tezliklə aidiyyəti üzrə təqdim olunması planlaşdırılır.

Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev və Mediasiya Şurasının sədri Nadir Adilov istehlakçı hüquqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR